Hamiləliyi daha tez aşkar edən simptomlar

Adətən hamiləliyin baş tutub-tutmamasını təyin etmək üçün hamiləlik testlərindən istifadə olunur. Müasir testlər çox həssasdır və hamiləliyi menstrusiyanın ləngiməsinin ilk günündən etibarən aşkar etməyə imkan verir. Lakin müəyyən simptomlar hamiləliyi daha tez aşkar etməyə kömək edə bilər. 

1. Səbəbsiz yuxululuq. Qadın yuxudan doymur, bütün günü ancaq yatmaq istəyir.
2. Hərarətin səbəbsiz olaraq bir qədər artması. Qadına elə gəlir ki, o, xəstələnir.
3. Təzyiqin birdən-birə düşməsi, başgicəllənmə.
Davamı →

Hamiləlikdə stress təhlükəlidir

Sürix Universiteti (İsveçrə) alimləri aşkar ediblər ki, hamiləlik zamanı uzunmüddətli xroniki stress dölün inkişafına mənfi təsir edir və uşaqda bəzi xəstəliklərin riskini artırır. The Daily Mail xəbər verir ki, qısamüddətli güclü olmayan stress uşağın inkişafına mənfi təsir etmir. Əksinə belə streslər bəzən hətta faydalıdır.

Stress zamanı insanın orqanizmində bəzi hormonlar (kortikoliberin, kortizol və s.) ifraz olunur. Bu hormonlar dölyanı mayeyə düşür və uşağın inkişafına təsir edir.

Kortikoliberin uşağın inkişafını stimullaşdırır və vaxtından əvvəl doğulmuş uşaqların yaşama ehtimalını artırır. Lakin xroniki stress zamanı bu hormonun səviyyəsi daim yüksək olur ki, bu da dölün inkişafını sürətləndirərək inkişaf pozulmalarının riskini artırır.
Davamı →

Hamiləlikdə düzgün yatmaq

İdeal yuxu mövqeyi
Araşdırmalara görə, arxası üstə və ya sağ tərəfə yatmaq ayaqların ana damarlardan ürəyə olan qan axımını azaldır ki, bu da dölə mənfi təsir edir. Mütəxəssislər hamiləlik dövründə ən ideal yuxu mövqeyinin sol tərəfə doğru yatmaq olduğunu deyirlər.

İlk üç ay rahat olun
Mütəxəssislər deyir ki, ilk 3 ay hər mövqedə yatmaq olar. Bu aylarda uşaqlıq kiçik və yüngül olduğu üçün damarlara təzyiq etmir və körpə zərər görmür.

Sola doğru yatmaq şişi azaldır
Mütəxəssislərin fikrincə, hamiləlik dövründə sola doğru yatmaq, hətta dizləri qatlayıb ayaqların arasına yastıq qoymaq körpə üçün ən yaxşı yatış mövqeyidir. Eyni zamanda, bu cür yatmaq plasentaya ən uyğun şəkildə qidalanma təmin edir və böyrəyin işini rahatladır. Eyni zamanda bədəndə, xüsusilə əllərdə və dizlərdə yarana biləcək şişi azaldır. Bu isə bir daha sübut edir ki, hamiləlik dövründə sola doğru yatmaq əhəmiyyətlidir.
Davamı →

Hamiləlik dövründə cinsi əlaqə

Hamiləlik müddətində cinsi münasibətlər haqda qulaqdan-qulağa eşidilən bəzi fikirlər cütlüklər arasında qorxulara səbəb olur. Qadın, yaxud kişi 9 ay müddətində cinsi əlaqədə olmağa ehtiyat edir.

 Hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman həkimlərdən soruşmağa utandıqları mövzudur. Halbuki soruşsalar, problemə aydınlıq gətirmiş olarlar. Çünki həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər. Hamiləlik qayda-qanunlarına düzgün riayət etdikdə cinsi həyatı davam etdirmək olar. Hətta bəlli ölçüdə adi vaxtlardakından daha rəngli bir cinsi həyat yaşamaq mümkündür.
Davamı →

Hamiləlikdə anemiya

Bətnində uşaq daşıyan hər bir ana öz sağlamlığını diqqətlə izləməli və bu vəziyyətdə həm onu, həm də körpəni gözləyə biləcək təhlükələrdən xəbərdar olmalıdır.

Hamiləlikdə tez-tez rastlanan ağırlaşmalardan biri də anemiyadır. Hamiləlikdə yaşanan anemiyanın 90 %-i dəmir çatışmazlığı ilə bağlı olur. Bu xəstəlik qadın bədənində hemoqlobin çatışmazlığının xəbərçisidir. Məhz hemoqlobin sayəsində orqanlar və döl toxumasına oksigen daşınır. Dəmir anemiyası insan bədənində dəmir və onu təmin edən, təsirini sürətləndirən, orqanların dəmirlə təmin edilməsinə kömək edən element əskiliyindən irəli gəlir. Dəmirin törəmələri olan mis, sink, kalsium, A, C, B 6 vitaminləridir. Buna görə anemiyanın müalicəsində təkcə dəmir preparatı deyil, kompleks preparat qəbul edilməlidir.

Davamı →

Hamilə xanımlar hansı kosmetik məhsullardan istifadə edə bilməz?

  • Qadın
Hamiləlik dövründə makiyajı qadağan etmək doğru deyil. Çünki qadın həyatının hər mərhələsində daha gözəl görünmək istəyir. Lakin hamiləlikdə kosmetik məhsul seçimində xüsusilə diqqətli olmalısınız. Hamilə xanımlar kosmetik məsulların tərkibini nəzərdən keçirib sonra almalıdırlar.

Paraben
Kosmetik məhsulların istifadə müddətini uzatmaq üçün onların tərkibinə «paraben» adlı maddə əlavə olunur. Aparılan araşdırmalar göstərir ki, paraben xərçəng əmələ gətirən maddələr siyahısındadır. Hormon balansında dəyişikliklərə yol açan parabenin ana bətnindəki körpəyə də zərər verdiyi təsdiqlənib. Paraben tərkibli məhsullardan hamiləlik dövründə uzaq durun.

Metilbenzen
Dırnaq məhsullarında istifadə edilən metilbenzen toksik maddədir. Hamiləlikdə immunitet sistemini bu cür mənfi təsirlərdən qorumaq üçün tərkibində həmin maddənin olduğu kosmetik məhsullardan imtina edin.
Davamı →

Hamiləlikdə dişlərə qulluq

  • Qadın
Hamiləlik dövründə bədəndəki estrogen və progesteron hormonlarının artması ilə dişlərdə çürümə və iltihab yarana bilər. Dişlərə düzgün qulluq etdikdə hamiləlik dövründə də diş sağlamlığını qorumaq mümkündür. Türkiyəli diş həkimi Çağdaş Kışlaroğlu hamiləlik müddətində diş sağlamlığı ilə əlaqədar xanımlarım diqqət etməli olduqları məqamlardan danışıb.

Hamiləlikdə tez-tez qidalanan qadınlar diş qulluğuna laqeyd yanaşırlar. Bu isə diş sağlamlığında ciddi problemlərə səbəb olur. Bununla yanaşı, hamiləlikdə baş verən qusma halları zamanı ağıza gələn mədə turşusu da dişlərə zərər verir. Odur ki, ağız və diş qulluğuna diqqət göstərmək lazımdır:
Davamı →

Mioma və hamiləlik

Ən çox rast gəlinən uşaqlıq xəstəliklərinə miomalar, adenomioz, endometrit (uşaqlığın daxili qatının iltihabı), Aşerman sindromu, endometrial poliplər və uşaqlığın anadangəlmə anomaliyaları aiddir.

Uşaqlığın mioması
Miomalar uşaqlığın bağ və əzələ toxumasından inkişaf edən xoş xassəli şişlərdir. Uşaqlığın ən çox rast gəlinən xəstəliyidir. Qadınların 20-25%-də mioma müşahidə olunur. Tək sayda ola bilmələri ilə yanaşı, əksər hallarda çoxlu sayda da rast gəlinir. Bir mioma özəyinin portağal böyüklüyünə çatması üçün təxminən 3 ilə qədər müddət lazımdır. Adətən reproduktiv dövrün xəstəliyi olub, xərçəng deyil, malignizasiya olmur, menopauza dövründə ölçüləri kiçilir. Yalnız 10 % xəstədə mioma menopauza dövründə böyüməyə davam edir. Bu miomaların uşaqlığı 1-2 kq-a qədər böyütdüyü qeyd edilir. Səhiyyə təşkilinin aşağı olduğu ölkələrdə uşaqlığın 6-7 kq-a qədər böyümüş miomalarına rast gəlinir. Xarici ədəbiyyatlarda 45 kq- a qədər böyümüş miomalara rast gəlindiyi qeyd edilir.
Davamı →

Hamiləlikdə qarın nə zaman böyüyür?

Hamiləlikdə qarın nə zaman çıxar, göbək nə zaman böyüyür, qarnım kənardan nə vaxt bilinər, qarnım həftəsinə görə balacadırmı, böyükdürmü kimi suallar hamilələrin ginekoloqlarına və ətrafdakı insanlara ən çox verdiyi suallardır.

Hamilələrin qarın böyüklüyü ilə bu qədər maraqlanmalarının səbəbi qarnın böyüklüyünün uşağın böyüklüyü və inkişafı ilə əlaqədar olmasını bilmələri ilə əlaqədardır. Halbuki əslində çox vaxt qarnın böyüklüyü ilə uşağın inkişafı arasında uyğunluq olmur. Qarnı böyük olan hamilə qadının uşağı az kiloda doğularkən, qarnı daha balaca olan hamilədən daha böyük kilolu uşaq doğula bilər.

Hamilələrdə qarnın çıxması neçənci həftədə bilinir?
Bir hamilənin qarnına baxaraq hamilə olduğu bilmək təxmini 5 ayında (20 həftəsində) mümkün olur. Amma hamilə qadının qarnı lüt ikən 4 ayından (16-17 həftədən) bilinir. Bu hal ananın uzun boylu, qısa boylu, kök, arıq, qarnında piy təbəqəsinin olması kimi faktorlardan asılıdır. Misal üçün, qısa boylu və arıq hamilə qadında hamiləlik daha tez bəlli olur, amma kilolu və qarnında piy təbəqəsi olan hamilə qadının qarnı daha sonrakı aylarda belli olmağa başlayır. Qadınların orqanizmləri müxtəlif olduğu üçün qarınlarınında böyüməsi fərqli olur. Buna görə də hamilə qadının bir biriləri ilə qarınlarını müqayisə etmələri düzgün deyil.
Davamı →

İdeal hamiləlik


Sağlam hamiləlik keçirə bilmək üçün hamilə qalmazdan əvvəl bəzi dəyişikliklər etmək məsləhətdir. Adətən qadınların çoxu hamiləlik başladıqdan sonra həkimə gedirlər. Ancaq hamiləliyin planlı olmasını istəyirsinizsə, həkimə əvvəldən müraciət etməlisiniz.

İdeal hamiləlik keçirmək üçün qadınlara mütəxəssis məsləhətlərini təqdim edirik.

— Əvvəlcə sağlamlıq vəziyyətinizin hamiləliyə əlverişli olub-olmamasını təsbit etdirməlisiniz. Ürək-damar, tənəffüs sistemi, metabolik, şəkər xəstəliyi, yüksək təzyiq, anemiya kimi hamiləliyə birbaşa təsir edən problemlərin olub-olmadığı müəyyən edilməlidir.
Davamı →